Türkün dili tək sevgili istəkli dil olmaz

          Özgə dilə qatsan bu əsil dil əsil olmaz

 

Öz şerini farsa ərəbə qatmasa şair

Şeri oxuyanlar eşidənlər kəsil olmaz

 

Fars şairi çox sözlərini bizdən aparmış

SABİR“ kimi bir süfrəli şair pəxil olmaz

 

Türkün məsəli folkolori dünyada təkdir

Xan yorqanı kənd içrə məsəldir mitil olmaz

 

AZƏR qoşunu qeysəre rumi əsir etmiş

Kəsra sözüdir bir belə tarix nağıl olmaz

 

Pişmiş kimi şerin də gərək dad duzu olsun

Kənd əhli biləllər ki doşabsız xəşil olmaz

 

Sözlərdə cəvahir kimidir əsli bədəldən

Təşxis verən olsa bu qədər zir zibil olmaz

 

Şair ola bilməzsən anan doğmasa şair

Mis sən abalam hər sarı köynək qızıl olmaz

 

Çox qıssa boy olsan olusan cin kimi şeytan

Çox da uzun olma ki uzun da əqil olmaz

 

Məndən də nə zalim çıxar oğlum nə qisasçı

Bir dəfə buni qan ki ipəkdən qızıl olmaz

 

Azad qoy oğul eşqi təbiətdə bilinsin

Dağ daşda doğulmuş dəli ceyran hemil olmaz

 

İnsan odu tutsun bu zəlil xəlqin əlindən

Allahi sevərsən belə insan zəlil olmaz

 

Çox da ki sərabın suyu var yağ balı vardır

Baş ərşə də çatdırsa sərab ərdəbil olmaz

 

Millət qəmi olsa bu cocuqlar çöpə dönməz

Ərbablarımızdan da qarınlar təbil olmaz

 

Düz vaxta dolar taxta tabax ədviəilə

Onda ki nənəm sancılanar zəncəfil olmaz

 

Bu “ŞƏHRİYAR″ın təbi kimi çimməli çeşmə

Kosər ola bilsə demirəm səlsəbil olmaz


Soy : << Ustad Şəhriyar - 1969 >>




بؤلوم لر: jaefari،

تاريخ : پنجشنبه 19 دی 1392 | 05:56 | یازار : ikisu | yorumlar 0
.: Weblog Themes By BlackSkin :.