Yarın böyun qucaqladım yar ağladı mən ağladım

Yığışdı qonşular butun car ağladı mən ağladım

 

Başında qar qalan dağa danışdım ayrılıq sözun

Bir ah çəkib başındakı qar ağladı mən ağladım

 

Tarımda nar ağacları məni görub danışdılar

Böyumu zeytun oxşadı nar ağladı mən ağladım

 

Ürək sözun dedim tara simlər oldu para-para

Yavaş-yavaş sızıldadı tar ağladı mən ağladım

 

Dedim ki haq mənimkidi başimi çəkdilər dara

Tənab kəsəndə böynumu dar ağladı mən ağladım

 

Iligə əsdi bir xəzan talandı güllərim mənim

Xəbər çatınca bülbülə xar ağladı mən ağladım

 

"cəfəriyəm" böyum bala ğəm sinəmdə qala-qala

Yar canımı ala-ala yar ağladı mən ağladım




بؤلوم لر: jaefari،

تاريخ : یکشنبه 15 دی 1392 | 09:41 | یازار : ikisu | yorumlar 1
.: Weblog Themes By BlackSkin :.